Azərbaycan qılıncoynadanı Seulda 5-ci oldu

Azərbaycan qılıncoynadanı Seulda 5-ci oldu

Cənubi Koreyanın paytaxtı Seul şəhərində qılıncoynatmanın sablya növü üzrə qran-priyə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, qadın sablyaçılarımızdan ən güclü 8-liyə yüksələn Anna Başta yekun sıralamada 150-dən çox iştirakçı arasında 5-ci olub.

Mübarizəyə əsas mərhələdən başlayan Anna, Türkiyə təmsilçisi İrina Şçukla (15:8), Palina Kapiaroviç (15:6), çinli Kim Jiyeona (15:9) qalib gələrək ən güclü 8-liyə yüksəlib. Anna Başta yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə qran-prini qalib başa vuran yunan Teodora Gkountaraya 12:15 hesabı ilə uduzub.

Digər təmsilçilərimizdən Palina Kaspiaroviç və Səbinə Kərimova da əsas mərhələyə yüksəlməyi bacarıb. Səbinə 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə cənubi koreyalı Jisu Yuna məğlub olub - 6:15. Palina isə 16-lığa yüksəlmək uğrunda keçirilən qarşılaşmada Anna Baştaya uduzub.

Valeriya Bolşakova isə təsnifat mərhələsindən 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə Səbinə Kərimovaya11:15 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər