Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Fanat.Az xəbər verir ki, Sərəncama əsasən XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:
"Şöhrət” ordeni ilə Astanov Elvin Əmrah oğlu Heydari Hamed Moharramali oğlu Salei Raman Sergeyeviç
1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə Aslanov Orxan Əlövsət oğlu Hacıyeva Şəhanə İbadət qızı Hüseynova Xanım Akif qızı İsrafilov Vəli Rəşadət oğlu Kərimova Dürsədəf Muxtar qızı Rəhimli Hüseyn Natiq oğlu Şirinli Vüqar Tofiq oğlu Vəliyeva Lamiyə Rövşən qızı Vəliyeva Sevda Rasim qızı Zəkiyev İlham Əzizağa oğlu
3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə Abaslı Namiq Zülfüqar oğlu Məmmədov Pərvin Rasim oğlu Nəcəfzadə Səid Əli oğlu
3-cü dərəcəli "Əmək” ordeni ilə Culfayev Alavərdi Abasoviç Məmmədov Rəşad Nizami oğlu Zayets Vladimir Vladimiroviç
"Tərəqqi” medalı ilə Ağakişiyev Fərid İbili oğlu Əliyev Elvin Adil oğlu Əliyev Elvin Elman oğlu Əliyev Rəşad Rauf oğlu Əliyev Tofiq Zöhrab oğlu İbrahimov İbrahim Eldar oğlu Məmmədov Rasim Məmməd oğlu Məmmədov İmamverdi Ağaverdi oğlu Nağıyev Mehdi Əli oğlu Panyutin Oleq Viktoroviç Zahidov Azad Zakir oğlu
Prezident Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında da Sərəncam imzalayıb.
"Şöhrət” ordeni ilə Rəhimov İlqar Elxan oğlu
3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə Məmmədov Kamal Cabir oğlu
Dövlət başçısı Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında da Sərəncam imzalayıb.
İbişov İlqar Əsgər oğlu İbrahimov Ramin İbrahim oğlu Kirillov Fyodor Borisoviç
İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında da Sərəncam imzalayıb.
birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat; ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat; üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.