Azərbaycan Kubokunun qalibi 3 legioneri ilə vidalaşdı

Azərbaycan Kubokunun qalibi 3 legioneri ilə vidalaşdı
"Keşlə" futbol klubu 3 oyunçusu ilə yollarını ayırıb.
Paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanovun "Report"a verdiyi məlumata görə, Con Kamara, Sadio Tounkara və Silvio Rodriges komandadan göndərilib. Sözügedən oyunçularla başa çatan müqavilənin müddəti yenilənməyib.
Kamara 2019-cu ilin yanvarından "Keşlə"də çıxış edirdi. Rodriges ötən ilin yayında, Tounkara isə başa çatan mövsümün ikinci yarısında Bakı klubuna keçmişdi.
Qeyd edək ki, çempionatı 26 xalla 6-cı pillədə başa vuran "Keşlə" ölkə kubokunun finalında "Sumqayıt"ı məğlub edərək, titula sahib çıxıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər