Azərbaycan kubokunda finalın püşkü atıldı

Azərbaycan kubokunda finalın püşkü atıldı

Azərbaycan Kubokunun final görüşünün püşkatma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.

PFL Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Qarabağ” menecer Şaiq Həsənov, “Zirə” isə baş menecer Elman Himayətoğlu ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 27 may tarixində Qəbələ şəhər stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər