Azərbaycan Kuboku: “Keşlə” nominal meydan sahibidir

Azərbaycan Kuboku: “Keşlə” nominal meydan sahibidir
Azərbaycan Kubokunun final görüşünün püşkatma mərasimi keçirilib.
 
Fanat.Az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, "Sumqayıt” və "Keşlə” klublarının nümayəndələri iştirak ediblər.
 
PFL Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, "Sumqayıt” idman direktoru Zamiq Hüseynov, "Keşlə” isə baş menecer Eldəniz Yusubov ilə təmsil olunub. Püşkatmaya əsasən "Keşlə” nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 24 may tarixində "Bank Respublika Arena"da keçiriləcək.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər