Azərbaycan Kuboku: Final oyununun yeri və saatı açıqlandı

Azərbaycan Kuboku: Final oyununun yeri və saatı açıqlandı

Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ” və “Zirə” komandaları arasında keçiriləcək həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.

Matç 27 may saat 19:00 tarixinə təyin olunub. Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi 5 may saat 12:00-da AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər