Azərbaycan kuboku: Final matçının püşkü atıldı

Azərbaycan kuboku: Final matçının püşkü atıldı

Futbol üzrə Azərbaycan kubokunun final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşk atılıb.

Fanat.Az PFL-ə istinadən xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasını texniki-idman direktoru Elgiz Abbasov, “Neftçi”ni baş menecer Qədir Həsənov, “Qəbələ”ni isə menecer Məhəmməd Əzizli təmsil edib.

Püşkün nəticəsinə əsasən “Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmanın nominal meydan sahibi “Neftçi” olub.

Azərbaycan kubokunun final matçı iyun ayının 3-də, saat 20.00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər