Azərbaycan I Divizionunda çempion bəlli oldu

Azərbaycan I Divizionunda çempion bəlli oldu

Futbol üzrə Azərbaycan I Divizionunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "Qaradağ Lökbatan" XXII turun oyunlarından sonra çempionluğu təmin edib. Bakı klubu öz meydanında “Zaqatala” üzərində qələbə qazanıb – 2:0.

Bununla da paytaxt təmsilçisi xallarının sayını 50-yə çatdırıb. Digər komandalar üçün əlçatmaz olan “Qaradağ Lökbatan” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib.

Bu, klubun tarixində ikinci belə uğurdur. Bakılılar 2011/12 mövsümünün də qalibi olub.

I Divizion, 22-ci tur

18 aprel

Neftçi-2 – Turan Tovuz 3:0 Qollar: Xəqani Sadıxov, 19. Seymur Əliyev, 55. Mirabdulla Abbasov, 90+4. Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Taleh Məmmədov, Rövşən Rəcəbov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Eldəniz Musayev “Neftçi”nin məşq bazası (4-cü meydança), 16:00

Qəbələ-2 – Sabah-2 1:1 Qollar: Hüseyn Mürsəlov, 45+3 – Kamran Quliyev, 88-pen. Hakimlər: Tural Qurbanov, Şirmamed Mamedov, Asiman Əzizli, Elvin Bayramov Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Erkin Hüseynov Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00

Sumqayıt-2 – Zirə-2 2:1 Qollar: İbrahim Əliyev, 29. Nəbi Məmmədov, 63 – Məhəmməd Səfərov, 8. Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Elmin Süleymanov, Emin Əliyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Elgiz Abbasov Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 16:00

19 aprel

Qarabağ-2 – MOİK 0:0 Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Ruslan Quliyev, Cavid Cəlilov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Elman Musayev Binə qəsəbə stadionu, 16:00

Qaradağ Lökbatan – Zaqatala 2:0 Qollar: Sabir Allahquliyev, 5; 27-pen. Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Səbuhi Bayramov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Rüfət Əmirov Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00

Kəpəz – Səbail-2 2:1 Qollar: Bəhruz Teymurov, 20. Cavad Kərimov, 55 – Elvin Sərkarov, 12-pen. Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Elman Kərimov, Namiq Bəkirov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Asif Əliyev Gəncə şəhər stadionu, 16:00

Azərbaycan I Divizionunda çempion bəlli oldu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər