Azərbaycan güləşçisi DÇ-də qızıl qazandı

Azərbaycan güləşçisi DÇ-də qızıl qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb.

19 yaşlı pəhləvanımız rəqibinə 3:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər "klassik"imiz Ülvi Qənizadə isə bürünc medala sahib çıxıb.

72 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada iranlı Amir Abdi ilə üz-üzə gəlib. İlk hissədən sonra 0:6 hesabı ilə geridə olan Qənizadə möhtəşəm geri dönüş edərək yekunda qələbə qazanıb - 12:7.

Beləliklə, yunan-Roma millimiz dünya çempionatını 1 qızıl, 2 bürünc mükafatla başa vurub.

Xatırladaq ki, 55 kq-da mübarizə aparan Nihad Quluzadə noyabrın 2-də komandamızın hesabına bürünc medal yazdırmışdı. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər