Aprelin 30-da Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında "Çempionlar" turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanı ənənəvi yarışda iki komanda təmsil edəcək.
Sərbəst güləş üzrə millimiz böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında aşağıdakı heyətlə çıxış edəcək:
57 kq. Ruslan Abdullayev 61 kq. Ceyhun Allahverdiyev 65 kq. Ramik Heybətov 70 kq. Cavidan Əhmədov 74 kq. Əkbər Vəliyev 79 kq. Sadiq Mustafazadə 92 kq. Rəvan Musayev 97 kq. Zəfər Əliyev
Qadın güləşçilərin yarışında isə məşqçi Rövşən Umudovun rəhbərliyi altında aşağıdakı güləşçilər mübarizə aparacaq:
50 kq. Elvina Kərimzadə 53 kq. Gültəkin Şirinova, Əsmər Cankurtaran 55 kq. Ruzanna Məmmədova 57 kq. Nərgiz Səmədova 73 kq. Mərziyə Sadıqova
Mayın 2-dək davam edəcək yarışda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev də ədaləti qoruyacaq.