Azərbaycan çempionunun oyunu təxirə salındı

Azərbaycan çempionunun oyunu təxirə salındı

"Araz Naxçıvan"ın EKOL-a qarşı keçirməli olduğu futzal üzrə Yüksək Liqanın V tur matçı qeyri-müəyyən vaxta təxirə salınıb.

Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb ölkə çempionunun həmin ərəfədə UEFA Çempionlar Liqasının final mərhələsində mübarizəyə başlamasıdır.

Azərbaycan təmsilçisi oktyabrın 28-də həlledici raundda ilk görüşünü keçirəcək. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Ukraynada "Uraqan İvano - Frankivsk" klubu ilə qarşılaşacaq. Oktyabrın 28-də oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər