Azərbaycan çempionu müəyyənləşir

Azərbaycan çempionu müəyyənləşir

Bu gün Naxçıvanda təşkil olunan kişilər arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, saat 12:00-dan etibarən Məhəmməd Muradlı və Misrətdin İsgəndərov finalın cavab qarşılaşmasında münasibətlərinə aydınlıq gətirəcəklər.

İlk partiyanı qələbə ilə tamamlayan Muradlını bu görüşdə heç-heçə də qane edir.

İsgəndərov qalib gələcəyi təqdirdə, rəqiblər tay-breykdə çempionu müəyyən etməyə çalışacaqlar. Yenə bərabərlik halında şahmatçılar "Armageddon"da  mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 22 000 manatdır. Qalib 8 000 manat qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər