Braziliyanın "Korintians" klubunda vəziyyət gərginləşib. Fanat.az xəbər verir ki, ölkənin köklü klublarından olan San Paulo təmsilçisinin Paulista Liqasında uğursuz çıxışı azarkeşləri özündən çıxarıb.
Ardıcıl olaraq "Santos", "Ponte Preta" və "Braantino"ya məğlubtyyətlər fanatların səbr kasasını daşırıb. 100-ə yaxın tərəfdar komandasının bazasına hücum çəkib. Futbolçulara hücum edən, ətrafdakı hər şeyi dağıdan fanatları sakitləşdirmək mümkün olmayıb.
"Korintians"da vəziyyətin pisləşdiyini görən Aleksandro Pato dünən komandadan ayrılıb və şəhərin digər təmsilçisi "San Paulo" ilə müqavilə bağlayıb. Daha bir neçə futbolçunun oxşar addım atacağı gözləyilir.
Fanat.az