Ötən ilin dekabrında keçirilən “Neftçi” ilə oyunda topuq nayihəsindən ağır zədə alan AZAL-ın futbolçusu Xuan Fransisko uzun fasilədən sonra məşqlərə başlayıb. Fanat.az xəbər verir ki, ispan yarımmüdafiəçisi müalicə və tibbi bərpa prosesini uğurla başa vurduğundan həkimlər onun meydana qayıtmasına icazə verib. Xuan bu gün keçiriəcək məşqdə iştirak edə biləcək.
Qeyd edək ki, ispan yarımmüdafiəçi AZAL-a ötən mövsüm transfer olunub və 30 oyunda komandanın formasını geyinib. Cari mövsümdə isə o, zədə səbəbindən cəmi 9 oyuna çıxıb və 647 dəqiqə oynaya bilib.
Fanat.az