AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də, Linz şəhərindəki “Rayffayzen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb:
23 mart Avstriya milli komandası 14:45. Mətbuat konfransı 15:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq Azərbaycan milli komandası 17:30. Mətbuat konfransı 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq Qeyd edək ki, hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda olacaq. Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.