AZAL Premyer Liqanın XXXII turunda "Rəvan"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, komandalar çempionatda 12-ci dəfə üz-üzə gələcək.
Paytaxt klublarının 12-ci dueli ərəfəsində “Rəvan” minimal üstünlüyə malikdi - 5 qələbə. AZAL 4 oyunda 3 xala sevinib, 2 matç sülhlə bitib. Top fərqində də qonaqların minimal üstünlüyü var - 17:16.
Son 3 ev matçında qalib gələn AZAL öz meydanındakı bütün görüşlərdə həm qol vurub, həm də qapısında qol görüb.
Cari mövsümdəki ilk oyun 0:0 hesabı ilə yekunlaşıb. Digər iki oyuna gəlincə, AZAL 2:1, "Rəvan" 1:0 hesablı qələbəyə sevinib.
| 22.10.2011 | AZAL (Bakı) - Rəvan (Bakı) | 1:2 |
| 20.12.2011 | Rəvan (Bakı) - AZAL (Bakı) | 3:1 |
| 18.03.2012 | Rəvan (Bakı) - AZAL (Bakı) | 2:0 |
| 14.04.2012 | AZAL (Bakı) - Rəvan (Bakı) | 1:1 |
| 11.08.2012 | AZAL (Bakı) - Rəvan (Bakı) | 3:1 |
| 19.11.2012 | Rəvan (Bakı) - AZAL (Bakı) | 1:0 |
| 19.04.2013 | AZAL (Bakı) - Rəvan (Bakı) | 3:2 |
| 14.05.2013 | Rəvan (Bakı) - AZAL (Bakı) | 3:5 |
| 29.09.2013 | Rəvan (Bakı) - AZAL (Bakı) | 0:0 |
| 08.12.2013 | AZAL (Bakı) - Rəvan (Bakı) | 2:1 |
| 28.02.2014 | Rəvan (Bakı) - AZAL (Bakı) | 1:0 |
Fanat.az