AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən oyun yarımçıq dayandırılıb. Fanat.az xəbər verir ki, Serbiya - Albaniya oyunu başa çatdırılmayıb.
Belə ki, qarşılaşma 41-ci dəqiqədə dayandırılıb. Belqraddakı "Partizan" stadionunda keçirilən oyunun başa çatmamasına səbəb azarkeşlər olub. İlk yarının sonlarında meydana yanan maddələr atan serb fanatlar polislə toqquşmağa başlayıb. İngilis baş hakim Martin Atkinson bundan sonra oyunu dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, Kosova məsələsi üzündən serblərlə albanlar arasında gərgiqlik uzun illərdi davam edir. Bu səbəbdən UEFA bu oyuna qonaq azarkeşlərin gəlməsinə qadağa qoyub. Buna baxmayaraq minlərlə alban Belqrada yollanıb. Gün ərzində şəhərdə bir neçə toqquşma baş verib. Polis Belqradı tamamilə nəzarətə götürsə də, gərginliyi azaltmaq mümkün olmayıb. Təkcə stadionda 3500 polis olub.
Onu da qeyd edək ki, Albaniya yığmasında Ansi Aqolli start heyətində meydana çıxıb. "Qarabağ"ın üzvü 34-cü dəqiqədə sarı vərəqə alıb.
Fanat.az