AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XXVI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"İnter"lə oyunda hakimə fiziki təzyiq göstərən "Bakı"nın futbolçusu Ettonun yolunu “Şahdağ”dan Murad Rəcəbov gedib. O, "Neftçala" ilə oyunun 42-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimə fiziki təsir göstərdiyi üçün futbolçu 10 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə olunub. Bu matçı FIFA referisi Anar Salmanovun başçılıq etdiyi hakimlər briqadası idarə edib.
“Mil-Muğan”la matçın 73-cü dəqiqəsində “Şuşa”nın futbolçusu Kristofer Nkanşah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 20 manat cərimə olunub.
“Şəmkir” “Energetik”lə oyunda 4, “Şahdağ” “Neftçala” ilə matçda 6 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimə edilib.
Fanat.az