Ali Gökdemirin prezidenti danışdı

Ali Gökdemirin prezidenti danışdı
"Hannover 96"nın prezidenti Martin Kind yeni baş məşqçi təyinatı ilə bağlı danışıb. Fanat.az xəbər verir ki, klub rəhbəri indiyədək yalnız aşağı yaş qrupları üzrə komandaları çalışdırmış Tayfun Korkutun baş məşqçi postuna gətirməklə risk etmədiklərini bildirib.
Kind Korkutun təcrübəsiz olması ilə bağlı fikirlərə münasibət bildirib: "Risk etdiyimizi düşünmürəm. Korkut karyerasını hədəflərinə uyğun planlayıb. O, necə işləyəcəyini yaxşı bilir".
"Hoffenhayım"ın baş məşçqisi Markus Gisdol, "Ştutqart"ın çalışdırıcısı Tomas Şkneyder və "Auqsburq"a başçılıq edən Markus Veynzyerlin də əvvəllər Bundesliqa təcrübəsinin olmadığını deyən prezident Korkutun komandanın səviyyəsini yüksəldəcəyinə inandığını bildirib. Cari mövsüm üçün hədəflərini açıqlayan Kind Avropa Liqasına qatılmaq iddialarından çoxdan əl çəkdiklərini, əsas məqsədlərinin ilk 10-luqda yer almaq olduğunu deyib.
Qeyd edək ki, "Hannover 96"nın U-23 komandasında millimizin üzvü Ali Gökdemir çıxış edir. Futbolçumuz əsas komandanın qış toplanışına qatılacaq və Tayfun Korkutun etimadını qazanmağa çalışacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər