Aleksandr Əliyevə hansı klubumuz dəvət göndərib?

Aleksandr Əliyevə hansı klubumuz dəvət göndərib?

“Yuri Syomin məni “Qəbələ”yə çağırmayıb. Məni Azərbaycanın başqa klubuna dəvət etmişdilər”. Fanat.az xəbər verir ki, bu sözləri Ukrayna milli komandasının və Rusiyanın “Anji” klubunun əslən azərbaycanlı futbolçusu Aleksandr Əliyev deyib.

Lakin 29 yaşlı yarımmüdafiəçi dəvət aldığı klubun adını açıqlamayıb. O, hazırda “Qəbələ”nin baş məşqçi postunu tutan Yuri Syominə uğurlar arzulayıb. Əliyevin fikrincə, “Qəbələ” çox maraqlı layihədi.

Qeyd edək ki, Aleksandr Əliyev 2010-2012-ci illərdə Moskva “Lokomotiv”i və Kiyev “Dinamo”sunda Yuri Syominin rəhbərliyi altında oynayıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər