AGİN ilin ən yaxşılarını elan etdi

AGİN ilin ən yaxşılarını elan etdi
Bu gün Gənclər və İdman Nazirliyi 2013-cü ilə yekun vurub. Fanat.az xəbər verir ki, "Buta Palace"da keçirilən təqdimetmə mərasimində ən yaxşılar mükafatlandırılıb. Bundan başqa ən yaxşı idmançılardan ibarət "Qızıl onluq" müəyyənləşib:
İlin ən yaxşı məşqçiləri: Ağanağı Səfərov (cüdo), Yadigar Məmmədov (boks), İsmail Çöpçüyev (Yunan-Roma güləşi). 
İlin ən yaxşı yarış təşkilatçısı: Güləş Federasiyası.
İlin ən yaxşı komandası: şahmat üzrə Azərbaycan yığması (Avropa çempionu).
İlin ən yaxşı olimpiya kompleksi: Qəbələ Olimpiya Kompleksi.
İlin ən yaxşı federasiyası: Boks Federasiyası.
İlin idman cəmiyyəti: "Neftçi" İdman Sağlamlıq Mərkəzi.
İlin idman klubu: "Ümid" İdman Klubu.
İlin olimpiya idman kompleksi: Kürdəmir Olimpiya İdman Kompleksi.
"Qızıl onluq":Məhəmmədrəsul Məcidov (boks üzrə dünya və Avropa çempionu), Elxan Məmmədov (cüdo üzrə dünya çempionu), Cavid Çələbiyev (boks üzrə dünya çempionu), Orxan Səfərov (cüdo üzrə dünya çempionatını bürünc mükafatçısı), Xetaq Qazyumov (sərbəst güləş üzrə dünya çempionatını gümüş mükafatçısı), Teymur Məmmədov (dünya çempionatının bürünc mükafatçısı), Firudin Quliyev (ağırlıq qaldırma üzrə universiadanın qalibi, dünya çempionatının üçüncüsü), Rabik İsayev (taekvando üzrə dünya çempionatının üçüncüsü), Rafael Ağayev (Avropa çempionatının və İslam Həmrəylik Oyunlarının qalibi) İlham Zəkiyev (parolimpiyaçı, Avropa çempionu).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər