AÇ: Azərbaycan güləşçisi ermənini udub yarımfinala çıxdı

AÇ: Azərbaycan güləşçisi ermənini udub yarımfinala çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində yer alan gürcüstanlı legioner təsnifat mərhələsində Mixaylo Vişnivetskini (Ukrayna) mübarizədən kənarlaşdırıb.

1/4 finalda David Ovasapyanla (Ermənistan) qarşılaşan idmançı inamlı qələbə qazanıb. Kandelaki ilk hissədə erməni rəqibindən 5 xal alıb. Görüşün başa çatmasına 1 dəqiqə 25 saniyə qalmış başından zədə alan Ovasapyan mübarizəni davam etdirə bilməyib. 

Kandelaki finala vəsiqə uğrunda məşhur Türkiyə pəhləvanı Rza Kayaalpla üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər