“Kubokun yarımfinal oyunlarına 4 manatdan azarkeş axtarılması ilə bağlı deyilənlərə inanmayın. Şayədən başqa bir şey deyil”. Bu sözləri Fanat.az-a açıqlamasında “Rəvan”ın mətbuat xidmətinin rəhbəri Şamo Quliyev deyib.
Klub rəsmisi daha sonra əlavə edib: “Nurgün Şirkətlər Qrupunda çalışanlar arasında futbola maraq göstərən çoxdu. Yarımfinalın cavab oyununa marağın böyük olduğunu nəzərə alsaq, kluba sponsorluq edən şirkətin əməkdaşlarının stadiona yollanması təbii qarşılanmalıdı. Ancaq bir daha deyirəm, pulla azarkeş axtarmırıq”.
Fanat.az