Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, rəqib "FSV Frankfurt" klubunun U-19 komandası olub.
Oyun 2:2 hesabı ilə başa çatıb. Yığmamızın qollarını Benhur Kama və Bəhlul Mustafazadə vurub.
Fanat.az