Topaz Premyer Liqasının XXXII turunda “Rəvan”ı qəbul edəcək AZAL-ın heyətində ciddi problemlər var. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov futbolçunun xidmətindən məhrum olub.
Belə ki, Branislav Arsenyeviç və Oskar Klava cəza səbəbindən oyunu buraxacaq. Samuel Barlay isə zədədən əziyyət çəkir. O, bu səbəbdən sabiq komandasına qarşı oynaya bilməyəcək.
Fanat.az