Syomin qovuldu

Syomin qovuldu

"Qəbələ"nin məşqçisi Syomin texniki zonadan kənarlaşdırılıb. Fanat.az xəbər verir ki, rusiyalı məşqçi "Xəzər Lənkəran"la matçın baş hakimi Rəhim Həsənovun qəzəbinə tuş gəlib.

Yuri Syominin oğlu texniki zona qaydalarını pozduğu üçün meydandan kənarlaşdırılıb. O, bu səbəbdən "Xəzər Lənkəran"la cavab matçını tribunadan izləməli olacaq.

Qeyd edək ki, Andrey Syomin Premyer Liqanın XXVIII turunun "Qarabağ"la matçının 65-ci dəqiqəsində hakimi təhqir etdiyinə gorə meydandan kənarlasdırılmışdı. AFFA onu bu səbəbdən 5 oyunluq cəzalandırmış, klubu 5000 manat cərimə etmişdi. Cəza səbəbindən 29-30-cü turların oyunlarını buraxan Syomin 33-cü turadək kənarda qalacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər