"Traktorsazi" yenə xal itirdi

"Traktorsazi" yenə xal itirdi

İran çempionatında XXI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Traktorsazi" bu turda "Fəcr"i qəbul edib.

Oyun 0:0 hesabı ilə başa çatıb. Rəqib 51-ci dəqiqədə azlıqda qalsa da, "Traktorsazi" qələbə qolunu vura bilməyib.

Təbrizin digər təmsilçisi "Qostareş Fulad" səfərdə "Damaş"ı məğlub edib - 2:1. Qonaq komandanın qollarına Mehrdad Bayrami və Cabir Ansari imza atıb.

Qeyd edək ki, "Traktorsazi" 21 turdan sonra 35 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Qostareş Fulad" isə 23 xalla 9-cu yeri tutur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər