Saşa izlədi, "Dənizlispor" uduzdu

Saşa izlədi, "Dənizlispor" uduzdu

Türkiyənin PTT 1-ci liqasında XVIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" "Boluspor"u qəbul edib.

Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Zədəsi olan Saşanın adı "18-liy"ə salınsa da, meydana çıxmayıb.

Qeyd edək ki, "Dənizlispor" 18 oyundan sonra 18 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər