2013-ün qol kralı - Kriştiano Ronaldo

2013-ün qol kralı - Kriştiano Ronaldo
2013-cü ilin ən çox qol vuran futbolçusu müəyyənləşib. Fanat.az xəbər verir ki, "Real"ın ulduzu Kriştiano Ronaldo bu siyahıda birinci olub.
Futbolçu "Real" və Portuqaliya yığmasının heyətində bu il 59 rəsmi matçda 59 qola imza atıb. Bununla da o, öz karyerasının rekordunu qırıb. Ronaldo 2013-cü ildə La Liqada 38, Çempionlar Liqasında 15, İspaniya Kubokunda 6, Portuqaliya yığmasında isə 10 qol vurub.
Ronaldo ən böyük rəqibi Lionel Messini 24, "Qızıl top" mükafatı uğrunda əsas rəqibi Frank Riberini 46 qol qabaqlayıb. Portuqaliyalı ulduz Zlatan İbrahimoviç 22, Luis Suaresi 27 top geridə qoyub.
Kriştirano forma geyindiyi 59 matçın 7-də het-rik, 10-da dubl edib. Ronaldonun ən çox qol vurduğu ay sentyabr olub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər