Topaz Premyer Liqasının XXX turunun 2 oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, “İdman Azərbaycan” əvvəl Qəbələdə baş tutacaq eyniadlı komandanın AZAL-la qarşılaşmasını azarkeşlərə təqdim edəcək. Ardınca isə paytaxt derbisi - “İnter” - “Neftçi” ekranlara daşınacaq.
12 aprel (şənbə)
15.00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu
17.00. “İnter” – “Neftçi”
“Şəfa” stadionu
Fanat.az