100 milyon ver, Suaresi al

100 milyon ver, Suaresi al
Yayda "Liverpul"dan getmək istəsə də, sonradan qərarını dəyişən Luis Suares cari mövsüm çıxışı ilə göz oxşayır. Bunun nəticəsi olaraq Premyer Liqa klubu uruqvaylı forvardla yeni müqavilə imzaladı.
Fanat.az xəbər verir ki, İngiltərə mətbuatı Suaresin müqaviləsinin maraqlı məqamlarını açıqlayıb. Məlum olub ki, "Liverpul" ulduz futbolçusuna həftədə 200 min funt-sterlinq maaş verir. Onu heyətinə qatmaq istəyən klub isə Premyer Liqa təmsilçisinə nə az, nə çox, düz 100 milyon funt-sterlinq ödəməli olacaq. 
Qeyd edək ki, Suares cari mövsüm 15 oyunda 20 qol vurub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər