Yuri Syomin "Rubin"in qərarını alqışladı

Yuri Syomin "Rubin"in qərarını alqışladı

"Rinat Bilyaletdinov böyük futbol və məşqçilik təcrübəsinə malikdi ki, bu da ona “Rubin”də uğurla işləməyə kifayət edər". Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis Ruslan Abışovun komandasındakı baş məşqçi təyinatına münasibət bildirib: "İlk öncə, Tatarıstan respublikasının rəhbərliyinin üstünlüyünü qeyd etmək lazımdı ki, idmanın bütün növlərində komandaları yerli mütəxəssislər çalışdırsın və uğur qazansın. Hesab edirəm ki, belə yanaşma özünü doğruldu. Rinat Bilyaletdinova gəlincə, o, son dərəcə təcrübəli məşqçidi. “Lokomotiv”də çoxsaylı yaxşı gənc oyunçular hazırlayıb. Mən ona yalnız uğurlar və Kazan komandası ilə yaxşı nəticələrə imza atmağı arzu edə bilərəm”.

 

Syominin sözlərinə görə, Bilyaletdinov işində şəxsi yanaşmanı tətbiq edir: “İlk növbədə, o həmişə oyunçunun şəxsiyyətinə diqqət ayırıb. Hər bir futbolçunun güclü tərəflərini ortaya qoymağı bacarıb. Həmçinin, Bilyaletdinov məşqin gedişini də gözəl idarə edir. Buna görə də oyunçuların ən yaxşı keyfiyyətlərini üzə çıxara və onların ustalıq səviyyəsini nəzərəçarpacaq dərəcədə artıra bilir. Onun əvvəllər əsas komandalarla işləməməyində qorxulu heç nə yoxdur. “Lokomotiv”də bir müddət baş məşqçinin vəzifələrini icra etdiyini xatırlayıram. Bu səbəbdən həyəcan keçirməyə dəyməz. İstənilən halda Rinatın təcrübəsi bəs edər. Ən azından ona görə ki, o, futbolu gözəl başa düşür”.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər