Vüqar Həşimovun vəfatı erməni şahmatçı Levon Aronyanı da kədərləndirib. Fanat.az xəbər verir ki, beynəlxalq dərəcəli qrossmeyster azərbaycanlı şahmatçının vəfatı ilə əlaqədar başsağlığı verib:
"Çox kədərli xəbərdi. Azərbaycanlı oyunçulardan bilirdim ki, Vüqarın səhhəti ilə bağlı ciddi problemləri var. Ancaq bu yaşda belə istedadlı şahmatçı həyatdan gedirsə, bu, çox acıdı. Mən çox kədərliyəm".
Fanat.az