Azərbaycanlı qrossmeyster Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn olunacaq. Fanat.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.
Onun sözlərinə görə, mərhumla vida mərasimi yanvarın 14-də Respublika Şahmat Mərkəzində təşkil olunacaq. Tədbir saat 11.00-da başlanacaq. Saat 14.00-da cənazə götürüləcək və torpağa tapşırılmaq üçün “Qurd Qapısı”nın yaxınlığındakı qəbiristanlığa aparılacaq.
Dəfnin ardından saat 15.00-da “Təzəpir” məscidində ehsan veriləcək.
lent.az