Vətəndaş müharibəsi çempionatı dayandırdı

Vətəndaş müharibəsi çempionatı dayandırdı
Tunis çempionatı dayandırılıb. Fanat.az xəbər verir ki, bu barədə ölkənin İdman Nazirliyi açıqlama yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, həftəsonu keçirilməli olan turun oyunları təxirə salınıb. Çempionatın başlayacağı tarix barədə məlumat verilməyib. 
İdman Nazirliyi bu qərarı Daxili İşlər Nazirliyinin (DİN) tələbi ilə qəbul edib. DİN ölkədəki siyasi gərginlik vətəndaş müharibəsi səbəbindən bütün idman yarışlarının dayandırılmasını tələb edib. Yarışların nə vaxt başlayacağı bilinmir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər