V YUXU - "Dütdülü"

V YUXU - "Dütdülü"

- Anatoliy Andreyeviç, o dünyadan necə göründü İtaliyadan alınan məğlubiyyət?

- Məğlubiyyətin məgər acısı-şirini olur?

- Axı millimiz...

- Millinin hədəfi nə idi?

- Qrupda 3-cü yeri tutmaq.

- Ay sağ ol. "Evləri köndələn yar" tamaşasına baxmamış olmazsan. Mərhum sənətkarlarımız Səməndər Rzayev və Yaşar Nurinin dialoqu da dillər əzbəridi: Yaşar Nurinin "Təbrik edirəm, Şakir Şəkəroviç, dütdülü!" təbrikinə, Rzayev "Gör mən hansı günlərə qalmışam ki, dütdülü ilə təbrik qəbul edirəm", cavabını verir. İndi də sən məni 2:1-lə təbrik etmək istəyirsən? Qrupda 3-cü yeri tutmaq istəyən komanda əsas rəqiblərindən sayılan Norveç və Bolqarıstanı evdə məğlub etməyə məhkumdu! Buna uyğun Valeri Lobanovskinin çempionluq nəzəriyyəsi var idi: "Evdə qalib gəlmək, səfərdə heç-heçə oynamaq". Bax buna uyğun olaraq da 3-cü yer uğrunda mübarizə aparmaq lazım idi. 

- Hesab edirsiniz ki, şansımız qalmayıb?

- Hansı şansdan danışırsan? Öldürüb e Foqts komandanı! Bu seçmə mərhələdən sonra gedəcək. Yeni baş məşqçi gələcək. Və inan ki, dediklərimi təkrarlayacaq. Bu oyun üslubu bizə xas deyil. Bax bunu başa düşmək lazımdı. Yeritdiyi oyun üslubu bizim futbola xas deyil.

- Axı İtaliyada qol da vurduq.

- Əzizim, mən - Anatoli Banişevski  "Marakana"da Braziliyanın qapısına 45 metrdən başla qol vurmuşam. Dünya çempionatında bürünc medal qazanmışam. Nəticə qalır e tarixdə, NƏ-Tİ-CƏ! Bu yığma nəticə verə bilər. Futbolçularımızda tərəqqi hiss olunur. Ancaq klub futbolunda olan inkişaf millidə yoxdu. Özü də bunu legionerlərlə bağlamaq düzgün deyil. Yerlilər də inkişaf edir. Sadəcə, düşünülmüş bir strategiya lazımdı. Bütün heyətlə müdafiəyə çəkilməklə futbol olmur.

- Qrupdan çıxmayacağımızı söylədiniz. Bəs neçənci yer uğrunda oynayacağıq?

- Yalnız və yalnız 5-ci yer. Bu millininki elə "dütdülü"dü.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər