“Mətbuatda nə yazıldığından xəbərim var. Klubdan maraqlandılar, ittihamlarla tanış oldum. Amma mən İstanbuldan dönərkən klubum mənə bileti “ekonom-klass”a aldığına görə artıq söz işlətməmişəm”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Çumbinyo deyib.
Şənbə günü Türkiyədən əməliyyatdan qayıdan orta xətt oyunçusu onun adından “budu də sizin azərbaycanlı mentallığınız” qınağını mətbuata açıqlayan adamı – “Lokomotiv”in meneceri Orxan Hüseynovu tanımadığını söyləyib: “O insanı tanımıram. Tanımadığım adama necə giley edə bilərəm ? Düzdü, Azərbaycandan olan insanlarla təyyarədə danışmışam. Amma belə söhbət olmayıb”.
Fanat.az