"İnter" Premyer Liqanın XXXI turunda meydana tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze "Bakı" ilə oyunda 3 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Hazırda gürcü Laşa Salukvadze, italiyalı Sezar Meza Kolli və millimizin üzvü Ruslan Əmircanov zədədən əziyyət çəkir. Salukvadze fərdi məşqlərə başlasa da, bu matçı buraxacaq. Əmircanov hələ iki həftə də istirahət etməlidi. Almaniyada əməliyyat olunan Sezar isə vətəninə yollanıb.
Fanat.az