Mayın 27-də, yerli vaxtla 19.00-da (Bakı vaxı ilə 28 may, 07.00) San-Fransisko şəhərindəki "Candlestick Park" stadionunda ABŞ və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun canlı yayımlanması ilə əlaqədar AFFA tərəfindən elan olunmuş tenderin nəticəsi müəyyənləşib.
Fanat.az xəbər verir ki, tenderin televiziya kanalları arasında keçirilməsinə baxmayaraq, müxtəlif şirkətlər yayımın sponsoru olmaq üçün müraciət ediblər. Tenderin qalibi Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti olub. ABŞ - Azərbaycan oyununun ölkəmizdə televiziya yayımının baş sponsoru olan "Bakcell" şirkətinin istəyinə uyğun olaraq, qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
Fanat.az