Yuri Syomin "Rəvan"la oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi ilk hissədə yaxşı oynadıqlarını deyib:
“İlk hissədə oyunumuz yaxşı alındı. İki qol vurduq. İkinci hissədə isə oyunumuz yaxşı alınmadı. Topu özümüzdə daha çox saxlamağa çalışdıq, nəticədə qapımızda qol gördük”.
Fanat.az