Subaşiç qol orucunu pozdu

Subaşiç qol orucunu pozdu
Türkiyənin PTT 1-ci liqasında XXXVI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” “Bucaspor”u qəbul edib.
Hesabı 11-ci dəqiqədə penaltidən Subaşiç açıb. Lakin "Orudspor" üstünlüyü qoruya bilməyib və "Bucaspor" iki qol vuraraq qələbə qazanıb - 2:1.
Qeyd edək ki, Subaşiç cari mövsümdə vurduğu qolların sayını 6-ya çatdırıb. O, sonuncu dəfə martın 8-də "Dənizlispor"la keçirilən oyunda fərqlənmişdi. Branimir 5 oyunluq fasilədən sonra qol vurub.
1-ci liqadakı digər iki təmsilçimiz Davud Kərimi ilə Ufuk Budak isə yenə “18-liy”ə düşməyib. Sonuncunun çıxış etdiyi “Qaziantep BB” çempionatın lideri “İstanbul BB”yə 0:4, Davudun şərəfini qoruduğu “Fəthiyəspor” isə “Adanadəmirspor”a 1:3 hesabı ilə yenilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər