Subaşiç 2014-ə 3 xalla başladı

Subaşiç 2014-ə 3 xalla başladı
Türkiyənin PTT 1-ci liqasında 2 həftəlik qış fasiləsi başa çatıb. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" bu gün 2014-cü ilin ilk oyununu keçirib.
Ordu təmsilçisi "Adanaspor"u qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Branimir Subaşiç ilin ilk matçının start heyətində yer alıb. Serb əsilli futbolçu 83 dəqiqə oynayıb və Reha Kurt tərəfindən əvəzlənib.
Qeyd edək ki, "Orduspor" 19 oyundan sonra 39 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider "İstanbul BB"dən top fərqinə görə geri qalır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər