Sergey Kravçenkonun etirafları

Sergey Kravçenkonun etirafları

Ukrayna "Dnepr"inin yarımmüdafiəçisi Sergey Kravçenko Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"dan Kiyevdə alınan 0:1 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, UEFA-nın saytına danışan futolçu məğlubiyyətin səbəbləri arasında "Qarabağ" amilini də vurğulayıb.

Matça yaxşı kökləndiklərini bildirən Kravçenko, oyunlarının alınmadığını dilə gətirib: "Düşünmürəm ki, sərgilədiyimiz futbola görə utanmalıyıq. Axı oyuna görə məğlub olmamalı idik. Hərçənd planlaşdırdığımız kimi oynaya bilmədik. Xüsuslilə meydanın mərkəzində uğursuz çıxış etdik. Nələrsə çatışmadı və nəticədə qapımızda qol gördük. Bundan sonra "Qarabağ" müdafiəyə çəkildi. Özü də çox sıx müdafiəyə, hansını ki, yarmaq olduqca müşkül məsələ idi. Qalib gəlmək istəyirdik, ancaq rəqib heç də zəif deyildi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər