Özbəkistanın paytaxtı Daşkənddə FİDE Qran Prisinin 2-ci mərhələsi keçirilir. Fanat.az xəbər verir ki, yarışda iştiak edən Azərbaycanın 2 qrossmeysteri - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov start turunda qələbə üzünə həsrət qalıblar.
Şəhriyar rusiyalı Dmitri Andreykinə məğlub olub. Rəcəbov isə Andreykinin həmyerlisi Sergey Karyakinlə xalları yarı bölüb.
Bu gün keçiriləcək 2-ci turda Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giri ilə qarşılaşacaq. Teymur isə rusiyalı Dmitri Yakovenkionun müqavimətini qara fiqurlarla qırmağa çalışacaq.
Fanat.az