Saşa oynadı, "Dənizlispor" xal qazandı

Saşa oynadı, "Dənizlispor" xal qazandı

Türkiyənin PTT 1-ci liqasında XIX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" "Qaziantep BB"ni qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Bir neçə gün əvvəl "Dənizlispor"dan ayrılacağı deyilən Saşa meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. 

Qeyd edək ki, "Dənizlispor" 19 turdan sonra 19 xalla turnir cədvəlinin 15-ci pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər