Dünən “Rubin” yeni baş məşqçi Rinat Bilyaletdinovun rəhbərliyi altında ilk məşqinə çıxıb. Fanat.az xəbər verir ki, futbolçuların məşqinə eyni zamanda Vladimir Maminov da nəzarət edib.
İlk məşqdə yeni baş məşqçinin əsas diqqəti topla ikili oynamağa yönəlib. Sonra komandadakı futbolçular öz aralarında oyun keçirib. Həmyerlimiz Ruslan Abışovun da oynadığı matçda, Ruslanın olduğu komanda 4:5 hesabı ilə uduzub. “Rubin”in növbəti məşqi səhər saat 8-də olacaq.
Fanat.az