Rüfət Dadaşov qol vurdu, komandası darmadağın etdi

Rüfət Dadaşov qol vurdu, komandası darmadağın etdi
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Kayezerslautern"in U-23 komandası "Ulm"ın qonağı olub.
Oyun qonaq komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Rüfət 65-ci dəqiqədə Mario Müllerin yerinə meydana çıxıb. Millimizin üzvü 83-cü dəqiqədə komandasının üçüncü qoluna imza ataraq, qələbəyə töhfə verib. Bu Rüfətin cari mövsümdə vurduğu 4-cü qol olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər