Rəşad Abdullayev "Rəvan"dan ayrıldı, AZAL-a keçir

Rəşad Abdullayev "Rəvan"dan ayrıldı, AZAL-a keçir
Rəşad Abdullayev gözlənilməz addım atıb. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, müqavilə ilə “Bakı”ya məxsus olub, “Rəvan”da icarə əsasında çıxış edən 33 yaşlı yarımmüdafiəçi klubu tərk edib.
Belə ki, “Rəvan”dakı çıxışının alınmadığını əsas gətirən futbolçu getmək məqsədi ilə rəhbərliyə müraciət edib. Rəhbərlik isə onun bu istəyinə qarşı çıxmayıb. Nəticədə futbolçu ilə əməkdaşlığa rəsmən son qoyulub.
Xəbəri “Rəvan”ın mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov bu xəbərimizi təsdiqləyib: "Bəli, Rəşad Abdullayev artıq “Rəvan”ın futbolçusu deyil. Rəşadla bir neçə saat öncə əməkdaşlığa son qoyulub. Abdullayev bildirdi ki, “Rəvan”da öz oyununu tapa bilmir. Odu ki, getmək istəyir. Rəhbərlik isə ona problem yaratmadı. Futbolçunun transfer vərəqi də artıq özünə verilib”.
Artın Rəşadın yeni klubu da müəyyənləşib. Transfer vərəqəsi əlində olan Abdullayev bu gün AZAL-la müqavilə imzalayacaq. O, məhz bu gündən etibarən yeni komandası ilə məşqə çıxacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər