Qurban Qurbanov: "Məğlub olmağı haqq edirdik"

Qurban Qurbanov: "Məğlub olmağı haqq edirdik"
Qurban Qurbanov "Simurq"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ”ın baş məşqçisi məğlubiyyəti dəyərləndirib: 
"Oyun haqqında deyiləsi o qədər də çox fikir yoxdu. Desəm ki, “Simurq”, yaxud da biz güclü oynadıq, düz çıxmaz. Sadəcə olaraq, bir standart vəziyyətdən yararlandılar. Bir neçə gün öncə bu oyuna görə narahat idim. Məğlub olmağı haqq edirdik. Qarşıdakı oyuna hazırlaşmaq lazımdı. Suni ot örtüyü və hava şəraiti, istər-istəməz, oyuna təsir etdi. Amma, bu, məğlubiyyətin səbəbi olmadı. Rəqib komandanı təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər