İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Mançester Siti" ötən axşam "Vest Hem"i qəbul edib.
"Şəhərlilər" doğma meydanda rəqibə divan tutub - 6:0. "Mançester Siti"nin heyətində Alvaro Neqredo het-trik, Edin Dzeko dubl edib. Daha bir qola isə Yaya Ture imza atıb.
Beləliklə, "Mançester Siti" finala vəsiqənin taleyini böyük ölçüdə həll edib. Bu komandalar arasında cavab matçı yanvarın 21-də baş tutacaq.
Finala vəsiqənin digər sahibi "Mançester Yunayted" - "Sanderlend" cütünün qalibi olacaq. Bu komandalar arasında ilk matçda "Sanderlend" qələbə qazanıb - 2:1.
Fanat.az